‘Reuters’ – İsrail İranın Xarici İşlər naziri Abbas Arəqi və parlament spikeri Məhəmməd Baqer Qalibafı hədəflərin siyahısından çıxarıb
‘Reuters’ – İsrail İranın Xarici İşlər naziri Abbas Arəqi və parlament spikeri Məhəmməd Baqer Qalibafı hədəflərin siyahısından çıxarıb

İsrail İranın Xarici İşlər naziri Abbas Arəqi və parlament spikeri Məhəmməd Baqer Qalibafı hədəflərin siyahısından çıxarıb,” – bu barədə ‘Reuters’ mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, bu addım Pakistanın Vaşinqtona Arəqi və Qalibafın likvidasiyasının həyata keçirilməməsi üçün müraciətindən sonra atılıb.

“İsrail onların koordinatlarına sahib idi və onları məhv etmək istəyirdi. Biz ABŞ-a bildirdik ki, əgər onlar məhv edilərsə, danışıqlar üçün heç kim qalmayacaq. Bundan sonra ABŞ İsraildən geri çəkilməsini xahiş etdi,” – deyə Pakistan mənbəsi ‘Reuters’ə bildirib.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl ABŞ Prezidentinin administrasiyası İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafı danışıqlar prosesində potensial tərəfdaş və İranın gələcəkdə mümkün lideri kimi qiymətləndirirdi.