"Reuters" - İranlı rəsmi şəxs aksiyalar zamanı, təhlükəsizlik xidmətlərinin əməkdaşları da daxil olmaqla, təxminən 2000 nəfərin həlak olduğu haqda məlumat verir
"Reuters" - İranlı rəsmi şəxs aksiyalar zamanı, təhlükəsizlik xidmətlərinin əməkdaşları da daxil olmaqla, təxminən 2000 nəfərin həlak olduğu haqda məlumat verir

 

İranda keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik xidmətlərinin əməkdaşları da daxil olmaqla, təxminən 2000 nəfər həlak olub – bu haqda “Reuters”ə iranlı rəsmi şəxs deyib.

O, həm etirazçıların, həm də təhlükəsizlik işçilərinin ölümünün arxasında terrorçuların olduğunu bildirib.

“Reuters”in qiymətləndirməsinə görə, ağır iqtisadi vəziyyətin səbəb olduğu iğtişaşlar İran hakimiyyəti üçün ən azı son üç il ərzində ən böyük daxili çağırışdır.