“Reuters” – İranın ruhani lideri Ayətullah Əli Xamenei İran Silahlı Qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib
İranın ruhani lideri Ayətullah Əli Xamenei İran Silahlı Qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib – bu haqda “Reuters” yazır.
Nəşrin məlumatına əsasən, yüksək rütbəli şəxs anonim olaraq bildirir ki, İran öz nüvə proqramı ilə bağlı birbaşa danışıqlar aparmağa dair ABŞ-nin tələblərinə müqavimət göstərir. İran həmçinin ABŞ bazalarının yerləşdiyi qonşularına xəbərdarlıq edir ki, əgər onlar Amerikanı dəstəkləsələr, hədəfə alına bilərlər.
“Birbaşa olmayan danışıqlar Vaşinqtonun İranla siyasi həll yolu haqda ciddiliyini qiymətləndirmək üçün şans yaradır” – yüksək rütbəli şəxs bildirib.
İran İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə və Bəhreynə xəbərdarlıq edib ki, ABŞ tərəfindən İrana hücum zamanı istənilən dəstək, o cümlədən ABŞ hərbçiləri tərəfindən hücum zamanı onların hava məkanından və ya ərazilərindən istifadə edilməsi düşmənçilik hərəkəti kimi qiymətləndiriləcək. “Reuters”in məlumatına əsasən, İranın ruhani lideri silahlı qüvvələri məhz bu səbəbdən səfərbər edib. “Reuters” yazır ki, aprelin 2-də İranın dövlət mediası tərəfindən yayılmış məlumata əsasən, Küveyt İrana bildirib ki, öz ərazisindən digər ölkələrə qarşı yönəlmiş aqressiv hərəkətlərə icazə verməyəcək.