"Reuters" - İranın İnqilab Məhkəməsi "Tanrıya qarşı düşmənçilik"də ittiham olunan iranlı kişiyə ölüm hökmü çıxarıb
"Reuters" - İranın İnqilab Məhkəməsi "Tanrıya qarşı düşmənçilik"də ittiham olunan iranlı kişiyə ölüm hökmü çıxarıb

 

İranın İnqilab Məhkəməsi “Tanrıya qarşı düşmənçilik”də ittiham olunan iranlı kişiyə ölüm hökmü çıxarıb. Əgər təsdiqlənsə, bu, yanvar ayında baş vermiş kütləvi iğtişaşlardan sonra ilk ölüm hökmü olacaq. Bu barədə məlumatı “Reuters” yayır.

Ailəyə yaxın anonim mənbə “Reuters” agentliyinə bildirib ki, İranın Ali Məhkəməsi hələlik Muhamed Abbasa qarşı çıxarılan hökmü təsdiqləməyib.

Abbas təhlükəsizlik zabitinin qətlində təqsirli bilinib, ailəsi isə bu ittihamı rədd edir. Onunla birlikdə etiraz aksiyalarında iştirak etdiyinə görə, qızı Fatimə Abbas təqsirli bilinərək 25 il həbs cəzasına məhkum edilib. Mənbənin məlumatına əsasən, təqsirləndirilən şəxslərə insan haqları müdafiəçisi tutmaq imkanı verilməyib və onlara dövlət vəkilləri təyin edilib.