“Reuters” – İranda etiraz aksiyaları zamanı həlak olan azı 5 000 nəfərin şəxsiyyəti müəyyən edilib, onların arasında təhlükəsizlik xidmətinin 500 əməkdaşı da var
İranın rəsmi şəxslərinin bildirdiyinə görə, etiraz aksiyaları zamanı həlak olan azı 5 000 nəfərin şəxsiyyəti müəyyən edilib. Onların arasında təhlükəsizlik xidmətinin 500 əməkdaşı da var. Məlumatı “Reuters” agentliyi yayıb.
Agentliyə danışan anonim mənbə bildirib ki, ən amansız toqquşmalar əsasən İranın şimal-qərb hissəsində, əsasən iranlı kürdlərin yaşadığı ərazilərdə baş verib. Onun sözlərinə görə, qurbanların sayı ehtimal ki, xeyli daha çoxdur.
İran hakimiyyəti iğtişaşlarda yenə də “terrorçuları və silahlı üsyançıları” günahlandırır. Onların iddiasına görə, həmin qruplar “günahsız iranlıları” qətlə yetiriblər.
Hakimiyyətin iddiasına əsasən, İranda keçirilən aksiyalara “İsrail və xaricdə yerləşən silahlı qruplar dəstək verib və nümayişçiləri avadanlıqla təmin ediblər”.