“Reuters” – İrana qarşı altıaylıq müharibə Birləşmiş Ştatlara 38 milyard dollara başa gəlib, növbəti hər ayda isə bu xərclər daha üç milyard dollar artacaq

18:23, 16.09.2026

 

İrana qarşı altıaylıq müharibə Birləşmiş Ştatlara 38 milyard dollara başa gəlib, növbəti hər ayda isə bu xərclər daha üç milyard dollar artacaq – bu barədə Konqresin bitərəf mühasibinin hesabatında deyilir.

Bununla yanaşı, avqustun 1-dək olan xərcləri hesablayan Konqresin Büdcə Ofisinin qeydiyyatına əsasən, müharibə davam edəcəyi təqdirdə 2027-ci ilin ilk üç ayında ABŞ-da inflyasiyanın 0,5% artacağı gözlənilir.

“Reuters”in yazdığı kimi, artan xərclər ABŞ-nin döyüş sursatı ehtiyatına zərər vurub və enerjinin qiymətini qaldırıb, bu da əhalinin narahatlığına səbəb olub.

Hesabata əsasən, xərclərin böyük hissəsi döyüş sursatlarının sürətlə azalmasından qaynaqlanır və ehtimal edilir ki, ABŞ ehtiyatlarının bərpası beş il çəkə bilər.

Bununla yanaşı, “Reuters” yazır ki, İrana qarşı müharibənin artan dəyəri ABŞ-nin fiskal vəziyyətinin pisləşməsi təhlükəsini yaradır və ölkənin ümumi dövlət borcu avqust ayında 40 trilyon dolları keçib.

Oxşar