"Reuters" - İran və ABŞ arasında danışıqlara Türkiyə və ya Pakistan ev sahibliyi edə bilər
"Reuters" - İran və ABŞ arasında danışıqlara Türkiyə və ya Pakistan ev sahibliyi edə bilər

 

İran və ABŞ arasında danışıqlara Türkiyə və ya Pakistan ev sahibliyi edə bilər.

“Reuters”ə bu haqda anonimliyin qorunması şərti ilə yüksək vəzifəli iranlı rəsmi şəxs deyib.

Onun sözlərinə əsasən, Vaşinqtonun təklifləri Pakistanın vasitəçiliyi ilə Tehrana çatdırılıb.

Lakin, mənbə bu təkliflərin məzmununu ictimailəşdirməyib, həmçinin söhbətin medianın əvvəllər haqqında yazdığı eyni 15 maddəlik sənəddən gedib-getmədiyini dəqiqləşdirməyib.