“Reuters” – İran və Əfqanıstan sərhədində atışma nəticəsində iki İranlı sərhədçi və bir “Taliban” döyüşçüsü həlak oldu, yaralananlar da var

14:39, 28.05.2023

İran və Əfqanıstan sərhədində atışma nəticəsində iki İranlı sərhədçi və bir “Taliban” döyüşçüsü həlak oldu. “Reuters” agentliyinin məlumatına görə, yaralananlar da var

Toqquşmaların nədən qaynaqlandığı hələlik məlum deyil, lakin insident iki ölkə arasında su hüququ ilə bağlı münasibətlərin gərginləşdiyi bir fonda baş veridi.

“Reuters” agentliyinin məlumatına görə, İran Əfqanıstana 1973-cü ildə imzalanmış müqaviləni pozmaqda ittiham edir, hansına da əsasən, Əfqanıstan İranı ölkəsinin ən uzun çayı olan Helmanddan hər il 850 milyon litr su ilə təmin etməyi öhdəsinə götürüb.

Tərəflər atəşin açılmasında bir-birini günahlandırırlar.

Oxşar