"Reuters" - İran Çindən hipersəs gəmi əleyhinə raket almaq üçün müqavilə bağlamağı planlaşdırır
"Reuters" - İran Çindən hipersəs gəmi əleyhinə raket almaq üçün müqavilə bağlamağı planlaşdırır

 

İran Çindən hipersəs gəmi əleyhinə raket almaq üçün müqavilə bağlamağı planlaşdırır. Bu haqda məlumatı “Reuters” altı anonim mənbəyə istinadən yazır. “CM-302” tipli raketlərdən söz gedir, lakin çatdırılma tarixləri və alınacaq raketlərin sayı bu mərhələdə müəyyənləşdirilməyib.

Hipersəs raket 290 km-ə qədər mənzili əhatə edir və aşağı hündürlükdə və çox yüksək sürətlə hərəkət etdiyi üçün gəmilərin müdafiə sistemlərindən yayınmaq qabiliyyətinə malikdir.

“Reuters”in yazdığı kimi, İranın bu tip raketləri əldə etməsi onun zərbə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və ABŞ-nin regionda yerləşdirilən dəniz qüvvələri üçün təhlükə yaradacaq.

Qeyd edilməlidir ki, İran və Çin arasında raketlərin satışı ilə bağlı danışıqlar iki il əvvəl başlamışdı, lakin keçən il, 12 günlük İsrail-İran müharibəsindən sonra proses kəskin şəkildə sürətləndi. Bu ilin yayında danışıqlar son mərhələdə idi.