“Reuters” – İran Birləşmiş Ştatlar da eyni addımı atacağı təqdirdə öz hücumlarını dayandıracaq
İran Birləşmiş Ştatlar da eyni addımı atacağı təqdirdə öz hücumlarını dayandıracaq — bu barədə “Reuters”ə İranın yüksəkrütbəli rəsmilərindən biri bildirib.
“Hücumların dayandırılması ilə bağlı optimizmdən daha çox şübhə var. Daha çox yayılmış rəy odur ki, bu fasilə real deyil, taktiki xarakter daşıyır. İranın ABŞ tərəfindən aldadılma kimi qiymətləndirdiyi kifayət qədər acı təcrübəsi var” — mənbə nəşrlə söhbətində deyib.
Bu şərh Amerika Birləşmiş Ştatlarının İrana qarşı hava zərbələri seriyasını müvəqqəti olaraq dayandırmasından sonra verilib. “Reuters”in məlumatına əsasən, ABŞ Prezidenti Donald Trampın müşavirləri hədəflərin demək olar ki, tükəndiyini bildiriblər və ABŞ-nin hərbi sursat ehtiyatlarının mümkün azalması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, İrana 13 gecə ərzində endirilən intensiv hava zərbələrindən sonra Pentaqon iyulun 24-də əməliyyatı dayandırıb. Öz növbəsində, son iki gündür ki, əvvəllər ABŞ-nin hər bir zərbəsinə cavab olaraq qonşu ölkələrdəki Amerika hərbi bazalarına hücum edən İran da atəş açmayıb.