“Reuters” – İraqın şimalında, Kərkük şəhərinə hücum nəticəsində İraqın Xalq Səfərbərlik Qüvvələrinin, “Həşd əl-Şaabi”nin üç döyüşçüsü həlak olub, altı nəfər isə yaralanıb
İraqın şimal hissəsində yerləşən Kərkük şəhərinə endirilən zərbə nəticəsində İraqın Xalq Səfərbərlik Qüvvələrinin, “Həşd əl-Şaabi”nin üç döyüşçüsü həlak olub, altı nəfər isə yaralanıb. Bu barədə məlumatı “Reuters” İraqın Xalq Səfərbərlik Qüvvələrinə istinadən yayıb.
Hazırda İraqın müntəzəm silahlı qüvvələrinin tərkibinə daxil olan keçmiş paramilitar koalisiya hücumda ABŞ və İsraili ittiham edir.
“Reuters”in mənbələrə istinadən verdiyi xəbərə görə, hücumdan sonra İran tərəfindən dəstəklənən İraqın Xalq Səfərbərlik Qüvvələrinin qərargahından da tüstü qalxırdı.