“Reuters/Ipsos” – ABŞ-nin aralıq seçkilərindən sonra Donald Trampın reytinqi 32% təşkil edir, rəyi soruşulanların 66%-i isə Trampın prezidentliyindən narazıdır

13:03, 17.11.2026

 

“Reuters/Ipsos”un sosioloji sorğusuna əsasən, ABŞ-də keçirilən aralıq seçkilərindən sonra Donald Trampın reytinqi onun prezidentliyi ərzində ən aşağı həddə düşüb və 32% təşkil edir.

Sorğunun nəticələrinə əsasən, amerikalıların 66%-i Donald Trampın prezidentliyindən narazıdır. “Reuters/Ipsos”un tədqiqatına əsasən, oktyabrın ortalarından etibarən ABŞ Prezidentinin bəyənilmə reytinqi rekord dərəcədə aşağıdır və o vaxtdan bəri artmayıb.

Bununla yanaşı, sorğuya əsasən, amerikalıların yalnız 31%-i İrana qarşı müharibəni dəstəkləyir. Rəyi soruşulanların 64%-i Tehrana qarşı hərbi əməliyyatları dəstəkləmədiyini bildirib.

Həmçinin tədqiqata əsasən, amerikalı seçicilərin təxminən 70%-i Tramp administrasiyasında korrupsiya və maraqlar münaqişəsindən narahatdır.

Bilavasitə Demokrat və Respublikaçı partiyaların üzvləri arasında keçirilən sorğuya gəlincə, “Reuters/Ipsos”a əsasən, respublikaçıların 75%-i Donald Trampı, 77%-i Cey Di Vensi, 70%-i isə Marko Rubionu müsbət qiymətləndirir. Demokrat Partiyasının üzvləri arasında isə Hakim Cefrisin bəyənilmə reytinqi 40%, Çak Şumerin reytinqi isə 34% təşkil edir.

“Reuters/Ipsos” 13-16 noyabr tarixlərində onlayn rejimdə keçirilən sorğu çərçivəsində bütün ölkə miqyasında 1 521 yetkin amerikalının rəyini öyrənib, səhf marjası təxminən üç faiz bəndidir.

Oxşar