"Reuters"-in məlumatına görə, Çin sanksiyalara qarşıdır, çünki onların təsirləri dünyanın qalan hissəsinə yayılma riskini əhatə edir
“Reuters”-in məlumatına görə, Çin Rusiyaya qarşı sanksiyalardan bilərəkdən yan keçmədiyini bəyan edirlər. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi, Vanq Lutonqun dediyinə görə, Pekin Rusiya ilə ticarəti davam etdirməklə qlobal iqtisadiyyata yardım edirdi.
“Çin Ukrayna böhranının tərəfi deyil. Düşünürük ki, bu, hansısa ölkə ilə normal ticarətimizə təsir etməməlidir. Biz sanksiyalara qarşıyıq və bu sanksiyaların təsiri bütün dünyaya yayılaraq valyuta müharibələrinə, ticarət müharibələrinə və maliyyə müharibələrinə gətirib çıxaracaq, eləcə də təchizat və sənaye zəncirini, qloballaşmanı və iqtisadi nizamı təhlükə altına alacaq”, – Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan eitdi.
Avropa Komissiyasının sədri, Ursula Fon Der Layenin Avropa biznes sektorunun Çinin hərəkətlərini yaxından izlədiyini qeyd etməsindən sonra Çin Xarici İşlər Nazirliyi bu bəyanatı yaydı.