“Reuters”-in məlumatına görə, ABŞ ilk dəfə olaraq Ukraynaya uzaqmənzilli raketlər verəcək
“Reuters”-in məlumatına görə, ABŞ ilk dəfə olaraq Ukraynaya uzaqmənzilli raketlər verəcək.
Agentliyin yaydığı məlumata görə, ABŞ yaxın zamanlarda Ukraynaya yeni hərbi dəstək paketinin təhvil verildiyini elan edəcək və bu paketə 150 kilometr mənzilli raketlər də daxil olacaq.
Söhbət yüksək dəqiqliyi olan “Ground Launched Small Diameter Bomb” raketlərindən gedir. Bunlar ABŞ və İsveçin istehsal etdiyi raketlərdir və bu raketlərdən həm də hərəkət edən hədəfləri vurmaq üçün istifadə edilə bilər.
Qeyd olunasıdır ki, indiyədək ABŞ Ukrayna ordusuna hərəkət radiusu 80 kilometrə qədər olan silahlar verirdi.
“Reuters” agentliyinin məlumatına görə, ABŞ-ın yeni hərbi dəstək paketinin dəyəri 2 milyard dollarıdan artıqdır və Vaşinqton yaxın vaxtlarda onun ayrılmasını elan edəcək.