"Reuters" - İctimai sorğuya əsasən, Ağ Evə qayıtdıqdan sonra Donald Trampın reytinqi ən aşağı səviyyəyə düşüb
Ağ Evə qayıtdıqdan sonra Donald Trampın reytinqi ən aşağı səviyyəyə düşüb – bu haqda məlumatı “Reuters” “Reuters/Ipsos”un ictimai rəy sorğusuna istinadən yayır.
Nəticələrə əsasən, amerikalıların yalnız 39%-i Trampın immiqrasiya ilə bağlı hərəkətləri ilə razılaşır, bu isə yanvarın əvvəlində 41% təşkil edirdi. Bununla yanaşı, fikri soruşulanların 53%-i ABŞ Prezidentinin siyasəti ilə razılaşmır.
Fikri soruşulanların təxminən 58%-i ABŞ-nin İmmiqrasiya və Gömrük Xidmətinin öz repressiyaları ilə “çox uzağa” getdiyini, 12%-i isə kifayət qədər iş görmədiyini hesab edir.
Sorğuya əsasən, Trampın fəaliyyətinin bəyənilməsinin ümumi reytinqi 38%-ə qədər düşüb, bu isə 12-13 yanvar dövründə 41% təşkil edirdi.
Nəşrin yazdığı kimi, sorğu onlayn rejimdə 1139 yetkin amerikalı arasında aparılıb və səhv marjası təxminən 3 faiz təşkil edir.