“Reuters” – Hücumlar fonunda Şimali Yəməndə yaşayan əhalinin bir hissəsi Cənubi Yəmənə qaçıb, 100 000-dən çox insan yaşayış yerini tərk etməyə məcbur olub

20:42, 15.09.2026

 

Hücumlar və zərbələr fonunda Şimali Yəməndə yaşayan əhalinin bir hissəsi Cənubi Yəmənə qaçıb.

“Reuters”in məlumatına əsasən, bir neçə gündür ölkədə qiyamçı “Husi”lər ilə Yəmənin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən beynəlxalq səviyyədə tanınmış hökuməti arasında toqquşmalar yenidən şiddətlənib.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına əsasən, Yəməndə yenidən alovlanan münaqişə səbəbindən 100 000-dən çox insan məcburi köçkünə çevrilib.

Onların məlumatına əsasən, son illər ərzində Yəməndən Cibutiyə minlərlə insan qaçıb.

Bununla yanaşı, mediada Yəmən qiyamçılarının Səudiyyə Ərəbistanının üç şəhərinə hücum həyata keçirdiyi və nəticədə on üç nəfərin yaralandığı barədə məlumat yayılıb.

Səudiyyə Ərəbistanı mediasının məlumatına əsasən, “Husi”lər Xamis-Muşayt, Abha və Taifdəki mülki ərazilər istiqamətində balistik raketlər və dronlar buraxıblar.

Paralel olaraq, Yəmən mediası Səudiyyə Ərəbistanı hərbi aviasiyasının həyata keçirdiyi hücum nəticəsində Taiz bölgəsində üç dinc sakinin həlak olduğu barədə məlumat yayır.

Oxşar