“Reuters” – “Hamas” Qəzzada, o cümlədən ikisini casusluqda ittiham edərək beş fələstinlini edam etdi
“Hamas” Qəzzada, o cümlədən ikisini casusluqda ittiham edərək beş fələstinlini edam etdi. Bu barədə “Reuters” məlumat yayır. Agentliyin yazdığına görə, “Hamas” qruplaşması 2017-ci ildən Qəzza zolağında insanları edam etməmişdi.
Medianın məlumatına görə, ölüm cəzası təqsirləndirilən şəxsi güllələmək və ya asmağı nəzərdə tutur.
“Reuters” agentliyinin məlumatı ilə, üç nəfər qətlə görə edam edilib, iki fələstinli isə, İsrailə casusluqda ittiham olundu, İsrailə verdiyi məlumatlar fələstinlilərin ölümünə səbəb oldu.
İsrailin baş naziri ofisi və ya kəşfiyyat xidməti məsələ ilə bağlı şərh verməyib.
Fələstin və beynəlxalq insan haqları təşkilatları “Hamas” qruplaşmasının fələstinliləri edam etməsini pisləyib və bu cür əməllərə son qoymağa çağırır.