“Reuters”: Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Moskvada Rusiya rəsmiləri ilə danışıqlar aparıb
“Reuters”: Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Moskvada Rusiya rəsmiləri ilə danışıqlar aparıb

Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonn çərşənbə axşamı Moskvada Rusiya rəsmiləri ilə danışıqlar aparıb. Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Diplomatik mənbələrin bildirdiyinə görə, Emmanuel Bonn Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla görüş keçirib.

Mənbələr görüşün əlavə təfərrüatlarını açıqlamır, yalnız qeyd edirlər ki, danışıqların məqsədi əsas məsələlər, xüsusilə də Ukrayna mövzusu üzrə dialoqun aparılması olub.

“Reuters” yazır ki, Fransa Prezidentinin Administrasiyası danışıqlarla bağlı yayılan məlumatı nə təsdiqləyib, nə də təkzib edib. Bununla belə bildirilib: “Prezident Emmanuel Makronun qeyd etdiyi kimi, danışıqlar texniki səviyyədə, tam şəffaflıq şəraitində, Ukrayna Prezidenti Volodimir Zelenski və avropalı həmkarlarla məsləhətləşmələr aparılaraq həyata keçirilir”.