“Reuters” – Fransa avropalı liderlər ilə birlikdə, Ukrayna ilə bağlı növbəti görüşü fevralın 19-da keçirəcək
Fransa avropalı liderlər ilə birlikdə, Ukrayna ilə bağlı növbəti görüşü fevralın 19-da keçirəcək – bu haqda “Reuters” yazır.
Agentliyin anonim mənbəyə istinadən yazdığı kimi, Paris ilk sammitdə iştirak etməyən Avropa ölkələrinin liderlərini görüşə dəvət edib.
Mənbənin məlumatına əsasən, dəvət olunan ölkələr arasında Norveç, Kanada, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç, Belçika və Baltikyanı ölkələr var.
Məlumat üçün bildirək ki, fevralın 17-də Parisdə keçirilən görüşdə Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın kansleri Olaf Şolts, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien də daxil olmaqla 8 ölkənin lideri iştirak edib. Sammitdən sonra Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ölkələr Ukraynanı dəstəkləmək və onun müdafiəsinə sərmayə qoymaq barədə razılığa gəliblər.