"Reuters" - Ermənistan ABŞ-a uzun müddətə tranzit dəhlizinin inkişafının eksklüziv hüququnu verəcək
"Reuters" - Ermənistan ABŞ-a uzun müddətə tranzit dəhlizinin inkişafının eksklüziv hüququnu verəcək

 

Ermənistan ABŞ-a uzun müddətə tranzit dəhlizinin inkişafının eksklüziv hüququnu verəcək – bu barədə məlumatı “Reuters” ABŞ rəsmilərinə istinadən yayır.

Agentliyin məlumatına əsasən, avqustun 8-də Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti çərçivə sazişi imzalayacaqlar, sənəddə həmçinin Cənubi Qafqazda strateji nəqliyyat dəhlizinin inkişafı hüququnun ABŞ-a eksklüziv şəkildə verilməsindən bəhs olunacaq.

“Reuters” yazır ki, “Ermənistan və Azərbaycan arasında sülh sazişi Cənubi Qafqazı dəyişdirə bilər. Region enerjidaşıyıcılarını istehsal edir və Rusiya, Avropa, Türkiyə və İran arasında yerləşir, neft kəmərləri keçir, lakin bağlı sərhədlər və uzun sürən etnik münaqişələrdən əziyyət çəkir”.

“Reuters” agentliyi ilə söhbətində Ağ Evin rəsmiləri avqustun 8-də imzalanacaq çərçivə sazişinin sülhə, konkret yola nail olmağa və uzun müddətdir davam edən tranzit probleminin həllinə yönəldiyini bildirirlər.

“Reuters”in yazdığı kimi, bu tranzit marşrutunu “Beynəlxalq Sülh və Rifaha doğru Tramp Yolu” və ya qısa şəkildə TRIPP adlandırırlar.

“Agentlik” yazır ki, bu marşrut Ermənistan qanunvericiliyi ilə fəaliyyət göstərəcək, ABŞ isə infrastrukturun inşa edilməsi və idarə edilməsi üçün konsorsiuma icarə ilə torpaq verəcək.

“Bu addım kommersiya mexanizmləri vasitəsilə regionun potensialını açacaq və hərbi əməliyyatların qarşısını almağa kömək edəcək” – yüksək rütbəli amerikalı məmur “Reuters” ilə söhbətində deyib.

Bununla yanaşı, Ermənistan və Azərbaycanın liderləri “Minsk Qrupu”nun buraxılması tələbi haqda sənəd imzalayacaqlar.