“Reuters” – Entoni Blinken Ukraynaya, eləcə də Rusiyanın təcavüzü təhlükəsi altında olan digər 18 ölkəyə iki milyard dollarlıq hərbi yardım elan edəcək
ABŞ dövlət katibi, Entoni Blinken Ukraynaya səfəri zamanı Ukraynaya, eləcə də Rusiyanın təcavüzü təhlükəsi altında olan digər 18 ölkəyə iki milyard dollarlıq hərbi yardım elan edəcək. Bu barədə “Reuters” agentliyi ABŞ Dövlət Departamentinə istinadən yazır.
Bununla yanaşı, media ABŞ-ın hansı ölkələrə yardım ayıracağını və Ukraynaya nə qədər vəsait ayıracağını dəqiqləşdirməyib.
Entoni Blinken Kiyevə, Ukraynanın Xarkov yaxınlığındakı Rusiyanın nəzarətində olan əraziləri geri qaytarmaqda irəliləyiş olduğunu elan etdiyi bir vaxtda getdi.