“Reuters” – Emmanuel Makron və Fridrix Merts Parisdə keçirilən görüşdə ikitərəfli münasibətlərdə yeni fəslin başlanmasına dair razılıq əldə ediblər
Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın parlament seçkilərində qalib gələn blokun kanslerliyə namizədi Fridrix Merts Parisdə keçirilən görüşdə ikitərəfli münasibətlərdə yeni fəslin başlanmasına dair razılıq əldə ediblər. Bu haqda məlumatı “Reuters” öz mənbələrinə istinadən yayır.
“Mühüm razılaşmalar və birgə təşəbbüslər üçün başlanğıclar əldə olunub” – nəşr mənbədən sitat gətirir.
Məlumat üçün bildirək ki, Fridrix Merts bir neçə saat əvvəl Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
“Ölkələrimiz birlikdə Avropa üçün böyük nailiyyətlərə nail ola bilərlər” – Fridrix Merts sosial şəbəkədə yazıb.
Həmçinin, Merts dostluğa və Almaniya-Fransa münasibətlərinə göstərdiyi etimada görə Fransa Prezidentinə təşəkkür edib. Alman siyasətçi bundan əvvəl dəfələrlə bəyan edib ki, Avropa Tramp administrasiyası qarşısında birləşməlidir.