“Reuters” – Donald Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Ukraynaya səfərini təxirə salıb, Kit Kelloqi ABŞ-ın seçilmiş prezidentinin andiçmə mərasimindən sonra Kiyevə səfər edəcək
Donald Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi, general Kit Kelloqi Ukraynaya səfərini təxirə salıb. Bu haqda “Reuters” yazır.
Kelloqinin Ukraynaya səfəri yanvar ayına planlaşdırılmışdı, lakin təxirə salınmasına nəyin səbəb olduğu bilinmir.
“Reuters”in mənbələrinin məlumatına əsasən, Kelloqi ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Kiyevə səfər edəcək, lakin səfərin konkret vaxtı hələ müəyyən edilməyib.
Xatırladaq ki, “Reuters” hələ dekabrda yazırdı ki, Kelloqi yanvarın əvvəlində Kiyevə və bir sıra Avropa şəhərlərinə səfər edəcək. Məlumatı daha sonra Ukraynanın Prezidenti Volodimir Zelenski də təsdiqlədi.