“Reuters” – Donald Trampın sülh cəhdinə baxmayaraq, Vladimer Putin ehtimal ki, Ukraynadakı müharibəni gərginləşdirəcək

18:40, 09.07.2026

 

ABŞ Prezidenti Donald Trampın sülh cəhdinə baxmayaraq, Rusiya Prezidenti Vladimer Putin ehtimal ki, Ukraynadakı müharibəni gərginləşdirəcək – bu haqda məqaləni “Reuters” agentliyi mənbəyə istinadən yayır.

Kremlə yaxın üç mənbə “Reuters”ə bildirib ki, Vladimer Putin Kiyevlə sülh danışıqlarına başlamaq çağırışlarını rədd edir.

“Reuters”in məlumatına əsasən, Ukrayna tərəfindən Rusiyanın neft emalı zavodlarına və limanlarına son vaxtlar edilən hücumlar onun bu mərhələdə döyüşü davam etdirmək qərarını gücləndirir.

Anonimlik şərti ilə danışan iki mənbə Putinin ehtimal ki, münaqişəni gərginləşdirəcəyini bildirib. Rusiya Prezidenti ilə müntəzəm görüşən mənbələrdən biri qarşıdakı aylarda eskalasiya riskinin yüksək olduğunu deyir.

Mənbənin məlumatına əsasən, Putin bu yaxınlarda ona hazırkı cəbhə xətti boyunca atəşkəsə əsaslanan kompromis təklif edən müşavirlər qrupunu tənqid edib. Daha bir mənbə Putinin Rusiyanın tezliklə Donbası tamamilə ələ keçirəcəyini düşündüyünü bildirib.

Oxşar