“Reuters” – Donald Trampın administrasiyası dünya miqyasında USAID-in 10 000-dən çox əməkdaşından yalnız 294-nü saxlamağı planlaşdırır

11:38, 07.02.2025

 
Donald Trampın administrasiyası dünya miqyasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 10 000-dən çox əməkdaşından yalnız 294-nü saxlamağı planlaşdırır.

Bu haqda məlumatı “Reuters” agentliyi mənbələrə istinadən yayır.

Mənbələrin “Reuters”ə dedikləri kimi, agentlikdə yalnız 294 əməkdaşa, o cümlədən Afrika bürosunda cəmi 12, Asiya bürosunda isə 8 əməkdaşın iş yerini qoruyub saxlamasına icazə veriləcək.

Altı ildən artıq USAID-ə rəhbərlik edən G. Brayan Etvud bildirib ki, kütləvi ixtisarlar agentliyi faktiki olaraq məhv edəcək.

Oxşar