“Reuters” – Donald Tramp və Volodimir Zelenski iyulun 28-də Vaşinqtonda görüşəcəklər

15:01, 25.07.2026

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də Vaşinqtonda görüşəcəklər.
Bu barədə “Reuters” Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin Ukraynadakı mənbəsi bildirib ki, Zelenski ABŞ-a səfərdə maraqlıdır, lakin onun komandası Trampın görüş qrafikinin rəsmi təsdiqini gözləyir.

Bununla yanaşı, yayılan məlumata görə, tərəflər Rusiyaya təqdim ediləcək atəşkəs təklifini müzakirə edəcəklər.

Oxşar