“Reuters” – Donald Tramp Ukraynaya hərbi yardımı dayandırıb
ABŞ-nin Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırıb – bu haqda “Reuters” Ağ Evin anonim danışan nümayəndəsinə istinadən yazır.
“Prezident Tramp açıq şəkildə deyir ki, o, diqqətini sülhə yönəldib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Biz yardımımızı dayandırırıq və onun qərara imkan yaratdığına əmin olmaq üçün nəzərdən keçirəcəyik” – Ağ Evin nümayəndəsi bildirib.
Məlum olduğu kimi, yardımın dayandırılması hələ Ukraynada olmayan bütün hərbi texnikaya şamil ediləcək. Onların arasında tranzitdə olan və Polşa anbarlarında olan silahlar da var.
Media qeyd edir ki, Tramp bu qərarı fevralın 28-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə baş vermiş qarşıdurmadan sonra qəbul edib.