“Reuters” – Donald Tramp iyulun 7-də İrana qarşı hərbi əməliyyatların bərpa olunduğu barədə Konqresə rəsmən məlumat verib

14:31, 14.07.2026

 

ABŞ Prezidenti Donald Tramp iyulun 7-də İrana qarşı hərbi əməliyyatların bərpa edildiyi barədə Konqresə rəsmi bildiriş göndərib. Bu barədə məlumatı “Reuters” yayır.

“Amerika vətəndaşlarını, həmçinin Birləşmiş Ştatların milli təhlükəsizlik və xarici siyasət maraqlarını qorumaq üçün prezidentlik səlahiyyətlərim çərçivəsində bu hərbi əməliyyatın keçirilməsi əmrini verdim” – Trampın məktubunda deyilir.

Nəşrin yazdığı kimi, məktubda Tramp atdığı addımları, “o cümlədən aprelin 7-də elan edilmiş iki həftəlik atəşkəsi, eləcə də administrasiyasının münaqişəni diplomatik yolla həll etmək səylərini” nəzərdən keçirir.

Tramp həmçinin iyunun 17-də İranla imzalanmış Anlaşma Memorandumunu da xatırladır. Trampın sözlərinə əsasən, Tehran Hörmüz boğazından keçən kommersiya gəmilərinə hücum etməklə razılaşmanı pozub və bundan sonra o, İrana qarşı hərbi zərbələrin bərpa olunması əmrini verib.

Məlumat üçün bildirək ki, ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti prezidentə deyil, Konqresə məxsusdur. Bununla yanaşı, “Reuters” qeyd edir ki, ABŞ-nin müxtəlif prezidentləri uzun müddət ərzində ölkənin təhlükəsizliyini qorumaq məqsədilə Konqresin ilkin razılığı olmadan qısamüddətli hərbi əməliyyatların keçirilməsi barədə əmr vermək hüququna sahib olmaq istəyirdilər.

Oxşar