“Reuters” – Donald Tramp Berlin və Paris dizel ehtiyatlarını azaltmazsa, Almaniya və Fransaya dizel ixracına qadağa tətbiq edə bilər

15:52, 01.10.2026

 

ABŞ Prezidenti Donald Trampın administrasiyası dünya bazarında yanacaq qiymətlərinin düşməsinə kömək etmək üçün Almaniya və Fransanı fövqəladə hallar üçün yaradılmış dizel ehtiyatlarını azaltmağa çağırıb, əks halda ABŞ dizel ixracına qadağa tətbiq edə bilər.

Bu barədə “Reuters” üç mənbəyə istinadən xəbər verir.

Medianın məlumatına əsasən, ABŞ Prezidenti noyabrda keçiriləcək aralıq seçkiləri öncəsi Birləşmiş Ştatlarda yanacaq qiymətlərini azaltmaq üçün dizel ixracına mümkün qadağanı nəzərdən keçirir. Bu xəbərdarlıq ABŞ-nin Avropaya təzyiqi artırdığını göstərir. Məlum olur ki, ABŞ administrasiyası xüsusilə Fransa və Almaniyadan narazıdır.

Amerikalı rəsmilərin fikrincə, bu ölkələr fövqəladə neft və neft məhsulları ehtiyatlarının bazara çıxarılması ilə bağlı öhdəliklərini tam yerinə yetirməyiblər.

“Reuters”in yazdığı kimi, medianın bu barədə məlumatı bundan əvvəl də olmuşdu.

“Emal edilmiş neft məhsullarının tədarükünü artırmaq və istehlakçılar üçün xərcləri azaltmaq üçün müxtəlif yollar axtardığımız bir vaxtda Birləşmiş Ştatlarla əməkdaşlıq etmək Avropanın maraqlarına uyğundur” – ABŞ rəsmilərindən biri “Reuters”ə açıqlayıb.

İkinci mənbə isə ABŞ-nin Avropa İttifaqından növbəti altı ay ərzində 120 milyon barel dizel azad etməsini istədiyini bəyan edib.

“Reuters”in yazdığı kimi, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya idxalının qadağan edilməsi və ABŞ ilə İsrailin İranla müharibəsinin Yaxın Şərqdən yanacaq tədarükünü ləngitməsindən sonra Avropa ABŞ-dan yanacaq tədarükündən daha çox asılı vəziyyətə düşüb.

Oxşar