"Reuters" - Danimarka Qrenlandiyada genişmiqyaslı hərbi təlimlər keçirir, ABŞ dəvət olunmayıb
"Reuters" - Danimarka Qrenlandiyada genişmiqyaslı hərbi təlimlər keçirir, ABŞ dəvət olunmayıb

 

Danimarka Qrenlandiyada ABŞ-nin iştirakı olmadan genişmiqyaslı hərbi təlimlər keçirir. Bu barədə “Reuters” agentliyi yazır.

Nəşrin yazdığı kimi, Danimarka ABŞ-ni Qrenlandiyanın müasir tarixində ən genişmiqyaslı hərbi təlim olan “Arctic Light 2025”ə iştirak etmək üçün dəvət etməyib.

Bununla yanaşı, Danimarkada mediada təlimlərin Vaşinqtona mesaj vermək üçün keçirildiyi barədə yayılan məlumatları inkar ediblər.

Sentyabrın 19-dək davam edəcək “Arctic Light 2025″də Danimarka, Fransa, Almaniya, İsveç və Norveçdən xüsusi təyinatlı qüvvələr də daxil olmaqla 550-dən çox əsgər iştirak edir.

Məlumat üçün bildirək ki, seçkilərdə qalib gəldikdən sonra ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, milli və beynəlxalq təhlükəsizlikdən irəli gələrək, ABŞ-nin mineral ehtiyatlarla zəngin və strateji mövqeyə malik Arktik adaya nəzarət etməsini istəyir. Qrenlandiya Danimarkanın tərkibində olan yarı muxtar ərazidir. Bununla yanaşı, Danimarka və Qrenlandiyanın liderləri adanın gələcəyinə yalnız Qrenlandiyalıların qərar verə biləcəyini deyirlər.