"Reuters" - Çinin dövlət neft şirkətləri ABŞ-nin "Rosneft" və "Lukoil"a qarşı sanksiyalar tətbiq etməsindən sonra rus neftinin alışını dayandırıblar
Çinin dövlət neft şirkətləri ABŞ-nin “Rosneft” və “Lukoil”a qarşı sanksiyalar tətbiq etməsindən sonra rus neftinin alışını dayandırıblar.
Bu haqda məlumatı “Reuters” yayır.
Mənbəyə əsasən, Çinin dövlət neft şirkətləri “PetroChina”, “Sinopec”, “CNOOC” və “Zhenhua Oil” sanksiyalarla bağlı narahatlığa görə yaxın gələcəkdə dəniz yolu ilə rus neftinin ticarətindən çəkinəcəklər.
Nəşrə əsasən, bu addım dəniz yolu ilə rus neftinin ən böyük alıcısı olan Hindistanın neft emalı zavodlarının Rusiyanın Ukraynaya təcavüzünə görə ABŞ-nin tətbiq etdiyi sanksiyalara uyğun olmaq üçün Moskvadan xam neft idxalını kəskin azaltmağı planlaşdırdıqdan sonra atılıb.
Çinin dəniz yolu ilə gündə təxminən 1.4 milyon barel rus neftinin idxalını həyata keçirməsinə baxmayaraq, bu həcmin böyük hissəsini kiçik operatorlar da daxil olmaqla müstəqil neft emalı müəssisələri alırlar.