"Reuters" - Çin Venesuelanı dəstəkləyir və "birtərəfli təhdidə" qarşı çıxır
Çin Venesuelanı dəstəkləyir və “birtərəfli təhdidə” qarşı çıxır – bu haqda Çinin xarici işlər naziri Vanq Yi ABŞ Prezidenti Donald Trampın Venesuelaya daxil olan və oradan çıxan, sanksiyalara məruz qalmış bütün neft tankerlərinə qarşı tam blokada tətbiq edilməsi əmrini verməsindən sonra venesuelalı həmkarına deyib.
Çinin Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Vanq Yi Venesuelanın xarici işlər naziri İvan Qillə telefon danışığı zamanı Çin və Venesuelanın strateji tərəfdaşlar olduğunu və qarşılıqlı etimadın, dəstəyin ikitərəfli münasibətlərin ənənəsi olduğunu deyib.
“Çin hesab edir ki, beynəlxalq ictimaiyyət Venesuelanın qanuni hüquq və maraqlarının qorunmasındakı mövqeyini başa düşür və dəstəkləyir” – o, deyib.
Məlumat üçün qeyd edək ki, Donald Tramp Venesuelaya daxil olan və oradan çıxan, sanksiyalara məruz qalmış bütün neft tankerlərinə qarşı tam blokada tətbiq olunması əmrini verib.
Onun sözlərinə əsasən, “Venesuela Prezidenti Nikolas Maduronun “qanunsuz rejimi oğurlanmış neft yataqlarından nefti özünü maliyyələşdirmək, narkoterrorizm, insan alveri, qətl və adam oğurluğu üçün istifadə edir”.
Donald Trampın qeyd etdiyi kimi, bir çox səbəblərə görə Venesuela rejimi xarici terror təşkilatı elan edilib.