"Reuters" - Cənubi Koreyanın prezidenti Şi Cinpindən Şimali Koreya ilə münasibətlərdə yardım istəyib
Cənubi Koreya prezidenti Li Cae Myeon Çin prezidenti Şi Cinpindən Şimali Koreya ilə münasibətlərin məsələsində yardım istəyib. Məlumatı “Reuters” yayıb.
Agentliyin məlumatına görə, Şi Cinpin Li-yə bildirib ki, əməkdaşlığı genişləndirməyə və Şimali və Cənubi Koreyanın qarşısında duran çətinliklərlə birgə mübarizə aparmağa hazırdır.
“Reuters” qeyd edir ki, Li, Şi Cinpini Cənubi Koreyanın Gyonju şəhərində Asiya-Sakit Okean liderlərinin forumundan sonra keçirilən dövlət sammitinə və şam yeməyinə dəvət edib. Bu, son 11 ildə Şi Cinpinin Cənubi Koreyaya ilk səfəri idi.
Li-nin ofisinin məlumatına görə, sammitdən əvvəl Şi Cinpin bildirib ki, Pekin Seul ilə münasibətlərə böyük əhəmiyyət verir və Cənubi Koreyanı ayrılmaz tərəfdaş hesab edir.
İyunda növbədənkənar seçkilərdə prezident seçilmiş Li söz verib ki, Çinlə qarşıdurmaya getmədən ABŞ-la əlaqələri gücləndirəcək.
Bununla yanaşı, Şimali Koreya dəfələrlə və qəti şəkildə Li-nin təkliflərini rədd edib və bildirib ki, Cənubi ilə heç vaxt danışmayacaq.