"Reuters" - Cei Di Vens ölkədə planlaşdırılan parlament seçkilərindən əvvəl Macarıstana səfər edəcək
ABŞ-nin vitse-prezidenti ölkədə planlaşdırılan parlament seçkilərindən əvvəl Macarıstana səfər edəcək. Bu haqda “Reuters” agentliyinə anonim mənbə deyib.
Agentliyin yazdığı kimi, Cei Di Vens ölkədə apreldə planlaşdırılan parlament seçkilərindən əvvəl baş nazir Viktor Orbana dəstəyini ifadə etmək üçün Macarıstana səfər edəcək.
Vensin Macarıstana səfərinin dəqiq tarixi hələ bilinmir və ABŞ-nin vitse-prezidentinin planları dəyişə bilər və Fars körfəzində davam edən müharibəyə görə onun Vaşinqtonda olması zəruri ola bilər.
Məlum olduğu kimi, Macarıstanda parlament seçkiləri aprelin 12-nə planlaşdırılıb. Fevralda ABŞ Prezidenti Donald Tramp seçkilərdən əvvəl Viktor Orbanı açıq şəkildə dəstəkləyib.