Reuters - Böyük Yeddilik ölkələri Rusiyadan qızıl importunun qadağan edilməsini planlaşdırırlar
Reuters - Böyük Yeddilik ölkələri Rusiyadan qızıl importunun qadağan edilməsini planlaşdırırlar

“Reuters” agentliyinin məlumatına görə, Böyük Yeddilik ölkələri Rusiyadan qızıl importunun qadağan edilməsinə razılaşacaqlar. Agentlik qeyd olunan məlumatı öz mənbəsinə istinadən yayır.

Almaniyanın Bavariya bölgəsində “Böyük Yeddiliyin” 48-ci sammiti keçiriləcək. Burada ABŞ, Yaponiya, Kanada, Böyük Britaniya, Fransa, İtaliya və Almaniya liderləri, həmçinin Avropa Komissiyası və Avropa İttifaqı Şurasının prezidentləri iştirak edəcəklər.

Medianın məlumatına görə, ABŞ Maliyyə Departamenti Rusiyanın qızıl idxalına qoyulan qadağa ilə bağlı müvafiq qərarı sabah elan edəcək. Qadağa Rusiyanı qlobal iqtisadiyyatdan daha da təcrid etmək və Rusiyanın qızıl bazarında iştirakını məhdudlaşdırmaq məqsədi daşıyır.

Medianın yazdığına görə, Qızıl ixracı Rusiya büdcəsi üçün enerji resurslarından sonra ikinci ən böyük gəlir mənbəyidir. Qərbin sanksiyalarına görə beynəlxalq bazarın bir sıra oyunçuları bank əməliyyatları sahəsində sanksiyalar rejimini pozmaq qorxusu ilə artıq Rusiya qızılının alışını dayandırd.lar. Qeyd edək ki, Rusiyanın qızıl hasilatında dünya üzrə illik payı 10 faiz təşkil edir.