Reuters – Böyük Yeddiillik maliyyə nazirləri və mərkəzi banklar mayın 19-20-də Ukraynanı müzakirə edəcəklər
Böyük Yeddiliyə üzv ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri mayın 19-20-də bu gün və sabah Ukraynanı müzakirə edəcəklər.
Bu barədə “Reuters” yazır.
Agentliyin məlumatına görə, ABŞ, Yaponiya, Kanada, Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin gündəliyində Ukraynada müharibədən sonrakı bərpa işləri, eləcə də qlobal inflyasiya, iqlim dəyişikliyi, təchizatın pozulması və gözlənilən ərzaq böhranları var.