"Reuters" - Böyük Britaniyada "İslam Dövləti" ilə əlaqəli olan və yüzlərlə yəhudini qətlə yetirməyi planlaşdıran iki kişini təqsirli biliblər
Böyük Britaniyada “İslam Dövləti” ilə əlaqəli olan və yüzlərlə yəhudini qətlə yetirməyi planlaşdıran iki kişini silahlı hücum planlaşdırmaqda təqsirli biliblər. Məlumatı “Reuters” yayır.
Polis və prokurorlar oktyabrda Mançesterin şimal-qərbində yerləşən sinaqoqa edilən ölümcül hücumdan bir həftə sonra məhkum edilən 38 yaşlı Valid Sadaui və 52 yaşlı Amar Hüseynin mümkün qədər çox yəhudini qətlə yetirmək üçün avtomatik silahlardan istifadə etmək istəyən islamçı ekstremistlər olduğunu bildiriblər.
Bununla yanaşı, britaniyalı prokurorlar andlılar heyətinə Sadaui və Hüseynin “İslam Dövləti” qrupunun ideologiyasını qəbul etdiklərini və həyatlarını “şəhidlik ölümü ilə” təhlükəyə atmağa hazır olduqlarını bildiriblər.
“Onların planları həyata keçirilsəydi, bu, Böyük Britaniyanın tarixində ən ölümcül terror hücumlarından biri olardı” – Şimali-Qərbi İngiltərə Terrorla Mübarizə Polisinin rəis köməkçisi Robert Pots bildirib.