"Reuters" - Böyük Britaniya, Fransa və Almaniya İrana qarşı ehtimal ki, sanksiyaların bərpası prosesinə başlayacaqlar
"Reuters" - Böyük Britaniya, Fransa və Almaniya İrana qarşı ehtimal ki, sanksiyaların bərpası prosesinə başlayacaqlar

 

Böyük Britaniya, Fransa və Almaniya İrana qarşı ehtimal ki, sanksiyaların bərpası prosesinə başlayacaqlar. Bu haqda məlumatı “Reuters” anonimlik şərti ilə danışan dörd diplomata istinadən yayır.

Bununla yanaşı, “Reuters”in yazdığı kimi, Böyük Britaniya, Fransa və Almaniyanın liderləri ümid edirlər ki, İran növbəti bir ay ərzində nüvə proqramı ilə bağlı öhdəliklər təqdim edəcək və bu, avropalı liderləri məhdudlaşdırıcı tədbirlərin qəbuluna yenidən baxmağa vadar edəcək.

Avropalı liderlərin və İranın nümayəndələrinin görüşü avqustun 26-da baş tutub, lakin heç bir ciddi nəticə verməyib. Mənbələrin məlumatına əsasən, avropalı “üçlük” sanksiyaların yenilənməsi ilə bağlı qərarı, ola bilsin artıq avqustun 28-də versin.

Medianın məlumatına əsasən, Qərbdə hesab edirlər ki, İranın nüvə proqramı mülki məqsədləri aşır, bunu isə Tehran təkzib edir. Bu sanksiyaların qüvvəyə minməsi üçün isə protokola əsasən 30 gün müəyyən edilib, bundan sonra da məhdudiyyətlər İranın maliyyə, bank və müdafiə sahələrinə şamil olunacaq.