“Reuters” – Benyamin Netanyahu Qəzzada atəşkəs və girovların azad edilməsi haqda danışıqlar aparmaq üçün Misirə yola düşüb

22:39, 17.12.2024

 
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs və girovların azad edilməsi haqda danışıqlar aparmaq üçün Misirə yola düşüb. Bu haqda məlumatı “Reuters” yayır.

Yayılmış məlumata əsasən, tərəflər arasında razılaşma ehtimal ki, bir neçə günə imzalanacaq.

Eyni zamanda, Misir hakimiyyətinin Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbası təcili səfərə çağırması haqda məlumat yayılır.

“HƏMAS”da İsrail yeni şərtlər irəli sürməyi dayandırarsa, atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın mümkün olduğunu bildirirlər.

“HƏMAS”ın üzvləri girovların azad edilməsinin birinci mərhələsindən sonra Trampın İsrailə müharibəni yeniləmək hüququnu verəcəyindən ehtiyat edirlər.

Oxşar