"Reuters" - Amerikanın təyyarədaşıyan gəmisi Cənubi Çin dənizindən Yaxın Şərqə doğru hərəkət edir
Amerikanın təyyarədaşıyan gəmisi Cənubi Çin dənizindən Yaxın Şərqə doğru hərəkət edir – bu barədə “Reuters” agentliyi “Marine Traffic” veb-səhifəsinin göstəricilərinə istinadən xəbər verir.
Təyyarədaşıyan gəmi bu həftənin sonunda Vyetnamın Dananq şəhərinə getməli idi, lakin mənbənin “Reuters”ə dediyi kimi, onun iyunun 20-nə planlaşdırılan rəsmi qəbulu ləğv edilib.
Agentliyin mənbəsi bildirib ki, ABŞ-nin Hanoydakı səfirliyi bəyan edib ki, Dananqa aviadaşıyıcının girişi “təxirəsalınmaz əməliyyat zərurəti” səbəbindən ləğv edilib.
ABŞ səfirliyi “Reuters”in məlumatını rəsmi şəkildə şərh etməyib.
ABŞ-nin Sakit Okean Donanmasının veb-səhifəsinə əsasən, ötən həftə “USS Nimitz” təyyarədaşıyan gəmisi “ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind-Sakit Okean regionunda müntəzəm iştirakı çərçivəsində” Cənubi Çin dənizində təhlükəsizliyin təmin edilməsi əməliyyatlarını həyata keçirib.