"Reuters" - Amerikalı dəniz piyadaları Pakistanın Karaçi şəhərində, ABŞ konsulluğuna daxil olmağa çalışarkən nümayişçilərə atəş açıblar
Amerikalı dəniz piyadaları Pakistanın Karaçi şəhərində, ABŞ konsulluğuna daxil olmağa çalışarkən nümayişçilərə atəş açıblar – bu haqda “Reuters” yüksək vəzifəli məmurlara istinadən yazır.
Hadisə Karaçidə martın 1-də baş verib. İranın ruhani liderinin öldürülməsindən sonra nümayişçilər ABŞ konsulluğuna daxil olmağa çalışıblar. Onlar atəş açıblar. 10 nəfər həlak olub.
“Reuters”in məlumatına əsasən, ABŞ-nin rəsmi şəxsləri etirazçıların birbaşa amerikalı dəniz piyadalarının açdığı atəş nəticəsində həlak olduqlarını təsdiqləyə bilməyiblər. Onlar həmçinin etirazçıların özəl təhlükəsizlik şirkətinin üzvləri və ya yerli polis tərəfindən vurulub-vurulmadığını da bilmirlər.
Karaçinin polis nümayəndəsi “Reuters”in jurnalistinə bildirib ki, etirazçılara ABŞ konsulluğunun içərisindən atəş açılıb.
Məlumat üçün bildirək ki, Pakistanda İrandan sonra ən çox şiə məzhəbinə mənsub əhali yaşayır. Martın 2-də hakimiyyət ölkədə etiraz aksiyalarının keçirilməsini qadağan edib. Buna baxmayaraq, həm Karaçidə, həm də Lahorda nümayişlər artıq planlaşdırılıb.