“Reuters” – Almaniya kansleri Olaf Şolts Çinə səfər edəcək
Almaniya kansleri Olaf Şolts Çinə səfər edəcək. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.
Bununla yanaşı, Şolts Fransa prezidenti Emmanuel Makronun onunla Çinə səfər edib-etməyəcəyi ilə bağlı açıqlama vermədi.
Almaniya kansleri Çinə biznes liderlərindən ibarət nümayəndə heyəti ilə gedəcək. Şoltsun ofisinin mətbuat katibi səfərin noyabrın əvvəlində baş tutacağını bəyan edir.
Olaf Şoltsun Çinə səfəri Berlinin Pekinlə ticarət əlaqələrini nəzərdən keçirməsi və Şoltsun koalisiyasının Çin şirkətinin “Cosco”-nun Almaniyanın ən böyük limanı Hamburqa investisiya qoymasına icazə verib-verməməsinə dair müzakirələr apardığı vaxta təsadüf edir.