"Reuters" - Almaniya Gürcüstanı, İordaniyanı, Rumıniyanı və Tunisi koronavirus risk tərkibli ölkələr siyahısına daxil etdi
"Reuters" - Almaniya Gürcüstanı, İordaniyanı, Rumıniyanı və Tunisi koronavirus risk tərkibli ölkələr siyahısına daxil etdi

Almaniya Gürcüstanı, İordaniyanı, Rumıniyanı və Tunisi koronavirus risk tərkibli ölkələr siyahısına daxil etdi. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Agentliyin yazdığına görə, risk tərkibli ölkələr siyahısına daxil etmək deməkdir ki, bu ölkələrdən Almaniyaya gələn insanlar karantindən keçməli olacaqlar.

Risk tərkibli ölkələr siyahısını Robert Kox İnstitutu bu gün yeniləşdirdi. Bu siyahıya həmçinin Hollandiya, Bolqarıstan, Xorvatiya, Litva, Slovakiya və Macarıstanın bir neçə bölgəsi düşdü. Fransanın Korsika adası isə, siyahıdan çıxarıldı.

Almaniya bölgələri, yeddi gün ərzində koronavirus hallarının sayı 100 min əhaliyə 50-dən artıq olduğu təqdirdə, risk tərkibli olaraq elan edir.