"Reuters" agentliyinin məlumatına əsasən, Suriyada kimyəvi silahdan istifadə səbəbilə Fransa Suriya Prezidentinin həbsinə dair order verib
"Reuters" agentliyinin məlumatına əsasən, Suriyada kimyəvi silahdan istifadə səbəbilə Fransa Suriya Prezidentinin həbsinə dair order verib

Fransa Suriya Prezidenti Bəşər Əsədin həbsinə dair order verib. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

Bəşər Əsədin qardaşı Maher Əsəd və daha iki yüksək vəzifəli məmur haqqında da həbs orderi verilib. “Reuters”in yazdığı kimi, onlar Suriyanın Duma və Quta şəhərlərində kimyəvi silahdan istifadə etdiklərinə görə insanlığa qarşı cinayətlərdə və hərbi cinayətlərdə ittiham olunurlar.

Bu, Suriya Prezidentinə qarşı çıxarılan ilk beynəlxalq həbs qərarıdır.

Suriyada Bəşər Əsədə qarşı etirazlar 2011-ci ildə başlayıb. Suriya hökuməti kimyəvi silahdan istifadə etdiyini inkar edir, lakin Birləşmiş Millətlər Təşkilatı və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının birgə araşdırması nəticəsində məlum olub ki, Suriya hökuməti 2017-ci ildə zarindən və bir neçə dəfə də klorindən istifadə edib.