“Reuters” agentliyinin məlumatına görə, Polşa operatoru Rusiyadan Avropaya neft tədarük edən “Drujba” boru kəmərində sızma qeydə aldı

11:59, 12.10.2022

Polşa operatoru Rusiyadan Avropaya neft tədarük edən “Drujba” boru kəmərində sızma qeydə aldı. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Neft kəmərinin Polşa operatoru olan “PERN”-in məlumatına görə, sızma dünən axşam saatlarında Plotsk şəhərindən 70 kilometr aralıda Polşa ərazisində aşkar edildi.

Sızmanın səbəbi hələlik məlum deyil.

“Bu mərhələdə “PERN”-in bütün xidmətləri bu tip vəziyyət üçün nəzərdə tutulmuş alqoritmlərə uyğun tədbirlər görür”, – operatorun bəyanatında deyilir.

“Reuters” agentliyinin məlumatına görə, Çex operatoru “MERO”, Çexiyada neft kəmərinin axınında heç bir dəyişiklik qeyd etmədiklərini bəyan etdi.

Bir neçə həftə əvvəl Rusiya və qərb ölkələrinin bir-birini günahlandırdığı “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində sızmalar baş verdi. Hər iki tərəf sızmanın səbəbi kimi təxribatı adlandırır.

Oxşar