"Reuters" - Ağ Evdə Stiv Uitkofun Vladimir Putinlə danışıqlarına baxmayaraq, ABŞ-nin avqustun 8-də Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaları yenə də elan edəcəyini bildirirlər
ABŞ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyi planlaşdırır, bu, avqustun 8-də elan olunacaq. Bu barədə Ağ Evin nümayəndəsi “Reuters”ə bildirib.
Ağ Evdə bildirdikləri kimi, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun Rusiya Prezidenti Vladimir Putinlə görüşü yaxşı keçib, lakin Vaşinqton ikinci dərəcəli sanksiyaların tətbiqini yenə də planlaşdırır.
“Ruslar Amerika Birləşmiş Ştatları ilə münasibəti davam etdirməyə hazırdırlar. Cümə günü Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların yenə də tətbiq ediləcəyi gözlənilir” – Ağ Evin nümayəndəsi “Reuters”ə bildirib.
ABŞ rus neftinin alıcılarına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof və Rusiya Prezidenti Vladimir Putinin bugünkü görüşü üç saat davam edib. Görüşdən sonra ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə yazdığı kimi, mühüm irəliləyişə nail olduqları çox məhsuldar görüş olub.