“Reuters” – ABŞ Ukraynaya “M2 Bradley” piyada döyüş maşınlarının verilməsi məsələsini müzakirə edir

10:19, 05.01.2023

ABŞ Ukraynaya “M2 Bradley” piyada döyüş maşınlarının verilməsi məsələsini müzakirə edir. “Reuters” xəbər verir ki, prezident Co Bayden Ukrayna hərbçilərinə quruda döyüş əməliyyatları aparmağa yardım edəcək “Bredlinin” verilməsi məsələsinin müzakirə ediləcəyini bəyan etdi.

Həmçinin, Ağ Evin məlumatına görə, yaxın günlərdə ABŞ Ukraynaya daha bir hərbi yardım paketi üçün müraciət edəcək və bu, əlavə “Hymars” sistemlərini də əhatə etməsi mümkündür.

Ümumilikdə, Bayden administrasiyası artıq Ukraynaya 21,9 milyard dollarlıq yardım göstərib.

Oxşar