“Reuters” – ABŞ Ukraynaya 2.6 milyard dollarlıq hərbi yardım göstərməyə hazırlaşır
Amerika Birləşmiş Ştatları Ukraynaya yeni 2.6 milyard dollarlıq hərbi yardım göstərməyə hazırlaşır. Bu barədə məlumatı “Reuters” agentliyi Amerikalı rəsmi şəxslərə istinad yayır.
“Reuters”-in məlumatına görə, paketə havadan müşahidə radarları, tank əleyhinə raketlər və yanacaq daşıyan maşınlar daxildir. Yayılan məlumatına görə, detallar hələ dəqiqləşdirilir və güman edildiyinə görə, gələn həftə məlum olacaq.
Yardımın böyük hissəsinə Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü tərəfindən maliyyələşdirilən 2,1 milyard dollarlıq silah daxildir ki, bu da prezident Co Baydenin administrasiyasına ABŞ-ın silah ehtiyatlarından Ukraynaya silah vermək əvəzinə istehsalçılardan silah almağa imkan verir.
Rusiyanın Ukraynaya soxulmasından sonra, ABŞ Ukraynaya 30 milyard dollardan çox hərbi yardım göstərib.