“Reuters” ABŞ tərəfindən Rusiya-Ukrayna arasında sülh prosesi üçün hazırlanmış təkliflərin siyahısını yayır
“Reuters”, Vaşinqtonun aprelin 17-də Parisdə yüksək rütbəli avropalı rəsmilərə təqdim etdiyi ABŞ tərəfindən Rusiya-Ukrayna arasında sülh prosesi üçün təqdim olunmuş təkliflərin tam siyahısını dərc edir.
Atəşkəs – daimi atəşkəs, hər iki tərəf dərhal razılaşmanın texniki icrası ilə bağlı danışıqlara başlayacaq, Ukraynanın təhlükəsizlik zəmanətləri, Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alacaq, qarant dövlətlər Avropa və qeyri-Avropa dövlətlərinin iştirakı ilə xüsusi qrup yaradacaq, Ukrayna NATO-ya üzv olmağa çalışmayacaq, Ukrayna Avropa İttifaqına üzv olmaq üçün irəliləyə biləcək.
Ərazilər – ABŞ Rusiyanın Krım üzərində nəzarətini de-yure tanıyır,
ABŞ Rusiyanın Luqansk vilayəti üzərində nəzarətini de-fakto tanıyır,
ABŞ Zaporojie, Donetsk və Xersonun Rusiyanın nəzarətində olan hissələrini de-fakto tanıyır, Ukrayna Xarkov vilayətində ərazilərini geri alır, Ukrayna Zaporojie Atom Elektrik Stansiyasına nəzarəti geri qaytarır, lakin stansiyaya ABŞ nəzarət edəcək və onu idarə edəcək. Elektrik enerjisi isə hər iki tərəfə paylanacaq, Ukrayna Dnepr çayında maneəsiz keçiddən yararlanacaq və Kinburna nəzarət edəcək.
İqtisadiyyat – ABŞ və Ukrayna mineral ehtiyatlar sahəsində iqtisadi əməkdaşlıq həyata keçirəcək, Ukraynanı tam bərpa edəcəklər və maliyyə kompensasiyası alacaq, bu münaqişə nəticəsində 2014-cü ildən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ləğv ediləcək, enerji və digər sənaye sahələrində ABŞ-Rusiya iqtisadi əməkdaşlığı bərpa olunacaq.