“Reuters” – ABŞ tərəfindən İran adasına edilən hücumdan sonra neft qiymətləri 2%-dən çox artıb

11:29, 31.08.2026

 

ABŞ tərəfindən İran adasına edilən hücumdan sonra neft qiymətləri 2%-dən çox artıb.

“Reuters” agentliyinin məlumatına əsasən, “Brent” markalı neftin fyuçersləri 2.51 dollar, yəni 2.85% artıb və bir barrel üçün 90.61 dollar təşkil edib, WTI-nin qiyməti isə 2.13 dollar, yəni 2.55% yüksəlib və bir barrel üçün 85.53 dollar olub.

Məlumat üçün bildirək ki, ABŞ qüvvələri avqustun 30-da Hörmüz boğazında, İranın Laraq adasında iki raket buraxılış qurğusunu bombalayıb.

Cavab olaraq İran İordaniyada yerləşən iki ABŞ hərbi bazasına hücum edib.

Oxşar